MetalArt – metal işlərinə olan sevgini, sənəti və keyfiyyəti birləşdirən Azərbaycan brendidir.
2019-cu ildən bəri fəaliyyət göstəririk. Hər bir məhsulumuz əldə hazırlanır və ən xırda detalına qədər diqqətlə işlənir. Bizim məqsədimiz müasir dizaynı ənənəvi sənətkarlıqla birləşdirərək, sizin məkanınıza xüsusi toxunuş qatmaqdır.
Biz keyfiyyətli materiallar və peşəkar işçilik ilə uzunömürlü, estetik və funksional metal məmulatlar yaradırıq.

Hər bir məhsulumuzda ən keyfiyyətli materialları istifadə edirik.
Əl işçiliyi və peşəkarlıq bizim əsas prinsipimizdir.
Müasir dizayn və texnologiyaları ənənəvi sənətkarlıqla birləşdiririk.
Təhvil alındığı tarixdən etibarən 14 gün ərzində istifadə olunmayıbsa və qablaşdırması qorunubsa geri qaytarıla və ya dəyişdirilə bilər.
Xüsusi dizaynla fərdi sifariş olunan əl işlərinin geri qaytarılması yoxdur. İstehsal qüsuru istisnadır.
Çatdırılma zamanı zədələnən məhsullar dərhal yenisi ilə əvəz olunur.